London mәhkәmәsi ‘‘Qazprom’’ aktivlәrinin dondurulmasına icazә verib

Bu barәdә Ukraynanın ‘‘Naftoqaz’’ şirkәti mәlumat yayıb.

995509
London mәhkәmәsi ‘‘Qazprom’’ aktivlәrinin dondurulmasına icazә verib

London məhkəməsi Rusiyanın “Qazprom” şirkətinin Böyük Britaniya  vә Uels ərazisindəki aktivlərinin dondurulduğunu açıqlayıb.

Bu barәdә Ukraynanın ‘‘Naftoqaz’’ şirkәti mәlumat yayıb.

“Naftoqaz”dan bildirilib ki, aktivlərin dondurulması “Qazprom”un 2,56 mlrd. dollarlıq ödənişinə dair Stokholm arbitraj məhkəməsinin qərarının təmin edilməsi üçün gərəkdir.  

Məlumata görə, məhkəmə qərarından sonra “Qazprom” İngiltərə və Uels ərazisindəki aktivlərinin siyahısını iki gün ərzində “Naftoqaz”a təqdim etməlidir.   

 



Әlaqәli Xәbәrlәr