Dünyada 6 milyona yaxın əfqan qaçqın var

Əfqanıstanın Qaçqınlar üzrə naziri Sayed Hüseyn Alimi Belhi dünyada 6 milyona yaxın əfqan qaçqın olduğunu bildirdi.

995699
Dünyada 6 milyona yaxın əfqan qaçqın var

Əfqanıstanın Qaçqınlar üzrə naziri Sayed Hüseyn Alimi Belhi dünyada 6 milyona yaxın əfqan qaçqın olduğunu bildirdi.

Belhi paytaxt Kabildə Ümumdünya Qaçqınlar Günü münasibətilə keçirilən mərasimdə etdiyi çıxışda deyib ki, son 17 ildə 8 milyon əfqan qaçqın ölkəyə geri qayıtdı. Ən çox əfqan qaçqının yaşadığı ölkə İran və Pakistandır. İranda 2 milyon 450 min, Pakistanda isə 2,5 milyona yaxın əfqan qaçqın yaşayır. Bunlardan 1,4 milyonu bu ölkələrdə yaşamaq üçün icazə alıb. Digər Asiya ölkələrində 451 min əfqan qaçqın yaşayır.

İndiyədək 541 min əfqan qaçqının ABŞ, Avstraliya və Avropa İttifaqı ölkələrinin vətəndaşlığına qəbul edildiyini dilə gətirən Belhi Qaçqınlar üzrə Nazirliyin qaçqınların problemlərini həll etmək üçün əlindən gələni etdiyini. BMT-nin məlumatına əsasən dünyadaki qaçqınların 15 faizini əfqanların təşkil etdiyini söyləyib.



Әlaqәli Xәbәrlәr