Pakistan Seçki Komissiyası Pərviz Müşərrəfin namizədliyini qəbul etmədi

Pakistanda Seçki Komissiyası  sabiq prezident Pərviz Müşərrəfin ümumi seçkilərdə iştirak etmək üçün namizədlik müraciətini qəbul etmədi.

995306

Müşərrəfin namizədliyi Pakistan Müsəlman Liqası Partiyası (APML) tərəfindən ölkənin şimalındakı Çitral şəhərindən irəli sürülmüşdü.

Pakistanın Konstitusiya Məhkəməsi namizədlik müraciətinə verilən şərti icazəni ləğv etdikdən sonra müracəti qəbul etməməyə qərar verdi.

Şərti icazə isə Dubayda yaşayan Müşərrəfin məhkəməyə gəlməməsindən sonra ləğv edildi.

Müşərrəfin bu qərarla bağlı appelyasiya şikayəti etmə hüququ var.

Rədd edlilən namizədliklərlə əlaqədar müraciətlər 22-27 iyunda olunacaq.

Namizədlərin müvəqqəti siyahısı iyunun 28-də, yekun siyahı isə iyunun 30-da hazır olacaq.

Әlaqәli Xәbәrlәr