BMT-nin xüsusi nümayəndəsi Husilərlə danışıqlardan bir nəticə əldə edə bilmədi

Birləşmiş Millətlər Təşkilatının Yəmən üzrə xüsusi nümayəndəsi Martin Griffiths ölkənin idarəsini əlində tutan Husilərlə keçirdiyi görüşlərdən nəticə əldə edə bilmədi.

994044
BMT-nin xüsusi nümayəndəsi Husilərlə danışıqlardan bir nəticə əldə edə bilmədi

 Birləşmiş Millətlər Təşkilatının Yəmən üzrə xüsusi nümayəndəsi Martin Griffiths Husilərlə Hudeydə şəhərində davam edən əməliyyatla bağlı keçirdiyi görüşlərdən bir nəticə əldə edə bilmədi.

Husilər Hudeydə limanından çəkilmək və buranı BMT-nin nəzarətinə təhvil vermək təklifini qəbul etmədi.

Qeyd edək ki, BMT nümayənsdəsi koalisiya qüvvələrinin Hudeydə əməliyyatını dayandırmaq üçün irəli sürdüyü şərtlər barəsində Husilərə məlumat vermək üçün şənbə günü Sanaya gedib.

Griffithsin bu gün Sananı tərk etməsi gözlənilir.

 



Әlaqәli Xәbәrlәr