ABŞ-ın Cənubi Koreya ilə birgə hərbi təlimlərinə son qoyulacaq

Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Tramp Cənubi Koreya ilə hərbi təlimlərə son qoyacaqlarını, gələcəkdə də ABŞ hərbçilərinin bu ölkədən çıxarılacağını açıqladı.

991047
ABŞ-ın Cənubi Koreya ilə birgə hərbi təlimlərinə son qoyulacaq

Sinqapurda Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Trampın Şimali Koreya lideri Kim Çen In ilə görüşündən sonra mətbuat konfransı keçirildi.

ABŞ prezidenti Şimali Koreya liderinə xalqı üçün aydın bir gələcəyə yönəlmiş ilk cəsur addımı atdığı üçün təşəkkür etdi.

ABŞ-ın  Şimali Koreya ilə yeni bir tarixə, yeni bir səhifəyə hazır olduğunu qeyd edən Tramp: "Keçmiş gələcəyi müəyyən etmək məcburiyyətində deyil" dedi.

Tramp Kimi Ağ Evə dəvət etdiyini, Kimin də bu dəvəti qəbul etdiyini , özünün də bir gün Pxenyana getməyə hazır olduğunu söylədi.

ABŞ prezidenti ABŞ ilə Cənubi Koreyanın birgə hərbi təlimlərinə son qoyulacağını, yersiz təlimlərin keçirilməməsinin əhəmiyyətli qənaətlərə səbəb olacağını bildirdi.

Tramp Kim Çen İnın əsas raket sınaq sahəsini bağlamağı qəbul etdiyini də açıqladı. Sahənin harada olduğu barədə məlumat verməyən prezident Kim ilə təkbətək görüşdən sonra real dəyişikliklərin mümkün olduğunu anladığını söylədi.


 



Әlaqәli Xәbәrlәr