ABŞ-da açıq havada iftar yeməyi təşkil olundu

New Jersey-də yaşayan müsəlmanlar Bergen Diyanət Məscidi və Mədəniyyət Mərkəzi tərəfindən təşkil edilən iftar yeməyində görüşdülər.

990852
ABŞ-da açıq havada iftar yeməyi təşkil olundu

ABŞ-ın New Jersey ştatının Cliffside Park şəhərində açıq havada iftar yeməyi təşkil olundu.

New Jersey-də yaşayan müsəlmanlar Bergen Diyanət Məscidi və Mədəniyyət Mərkəzi tərəfindən təşkil edilən iftar yeməyində görüşdülər.

Azan səsinin ucadan oxunmasına icazə verilməyən New Jersey-də iftar münasibətilə canlı azan oxunmasına icazə verildi.

Tədbirdə Cliffside Parkın meri Thomas Calabrese, Diyanət Məscidinin qarşısında olan Katolik Kilsəsinin keşişi Father Bruce, New York Din İşləri üzrə Attaşe Sinan Dedeler və bölgədə yaşayan Türk və müsəlman icmalarının dəvət olunmuş nümayəndələri iştirak etdilər.

Thomas Calabrese  iftar yeməyində iştirak etdiyi üçün şad olduğunu bildirdi, şəhərdə yaşayan Türklərin ABŞ-da digər icmalardan daha sürətlə adaptasiya olduqlarını və iş qurduqlarını bildirdi, Türk icmasından son dərəcə razı olduqlarını söylədi.

 

 



Әlaqәli Xәbәrlәr