Donald Tramp:‘‘Şimali Koreya liderini Ağ Evә dәvәt edә bilәrәm’’

ABŞ prezidenti Donald Tramp ölkәsinә sәfәr edәn  Yaponiya baş naziri Şinzo Abeni Ağ Evdә qәbul edib.

988314
Donald Tramp:‘‘Şimali Koreya liderini Ağ Evә dәvәt edә bilәrәm’’

 ABŞ prezidenti Donald Tramp ölkәsinә sәfәr edәn  Yaponiya baş naziri Şinzo Abeni Ağ Evdә qәbul edib.

Keçirilәn görüşdәn sonra tәrәflәr birgә mәtbuat konfransı tәşkil ediblәr.

Mәtbuat konfransında Şimali Koreya lideri ilә iyunun 12-dә Sinqapurda keçirәcәyi görüşә toxunan Donald Tramp bildirib ki, Şimali Koreya lideri Kim Çen Inla baş tutacaq görüşün uğurlu olacağına ümid edirәm. Danışıqlar yaxşı keçәrsә Şimali Koreya liderini Ağ Evә dәvәt edә bilәrәm.

"Şimali Koreya ilә olan problemlәrin bir görüşdə bitəcəyini güman etmirəm. Yəqin ki, bir neçə görüş ola  bilər’’,-deyә ABŞ prezidenti qeyd edib.



Әlaqәli Xәbәrlәr