Tramp ilk dəfə iftar yeməyi verib

Amerika Birləşmiş Ştatlarının Prezidenti (ABŞ) Donald Tramp, Ağ Evdə ilk dəfə iftar yeməyi təşkil edib.

987763
Tramp ilk dəfə iftar yeməyi verib

Müsəlmanların müqəddəs ayı olan Ramazanda Ağ Evdə təşkil edilən İftar yeməyinə, aralarında Türkiyənin iştirak etdiyi, müsəlman ölkələrin Vaşinqtondakı səfirləri qatılıb.

Tramp keçən il prezidentliyinin ilk ilində Ağ Evdə prezident Klinton tərəfindən ənənəsi qoyulmuş, Buş və Obama administrasiyaları tərəfindən davam etdirilmiş İftar mərasimi keçirməmişdi. Prezident Tramp Ağ Evdə təşkil edilən iftar yeməyi əvvəlində etdiyi çıxışında bütün müsəlmanların ramazan ayını təbrik etdiyini və müsəlman ölkələrin nümayəndələrini Ağ Evdə görməyin xoşbəxtliyini yaşadığını qeyd edib. Digər tərəfdən həm Trampın İslamofobik şərhlərindən, həm də Ağ Evdəki iftara dəvət edilməmələrinə etiraz edən bəzi müsəlman qeyri-hökumət təşkilatları, Ağ Evin önündəki Lafayette Parkda "alternativ" bir iftar proqramı təşkil edib. Tədbirdə Amerika-İslam Əlaqələri Şurası və Şimali Amerika İslam Cəmiyyəti kimi ABŞ-ın etibarlı qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak edib.

 



Әlaqәli Xәbәrlәr