"Kataloniyanın müstəqillik prosesini dayandırmaq mümkün olmayacaq", K.Torra

Kataloniyanın yeni rəhbəri Kim Torra İspaniyanın Baş naziri sosialist Pedro Sançezi dialoqa çağırıb.

987714
"Kataloniyanın müstəqillik prosesini dayandırmaq mümkün olmayacaq", K.Torra

  Kataloniyanın yeni rəhbəri Kim Torra İspaniyanın Baş naziri sosialist Pedro Sançezi dialoqa çarıraraq bildirib ki, "Kataloniya məsələsilə təcili məşğul olmaq lazımdır. Həll yolu üçün dialoqun aparılması şərtdir. Çünki müstəqillik prosesini dayandırmaq mümkün olmayacaq. İspaniya hökumətinin tətbiq etdiyi 155-ci maddənin ləğvi də gündəmdədir".

  Qeyd edək ki, ötən il oktyabrın 1-də keçirilmiş qeyri-qanuni referendum zamanı yerli hökumət müstəqillik barədə akt qəbul etmiş, lakin İspaniya hökuməti keçirilmiş seçkilərin nəticələrini qeyri-legitim hesab edərək Konstitusiyanın 155-ci maddəsini tətbiq etmişdi. Maddəyə görə, icazəli seçkilər keçirilənədək regiona rəhbərlik müvəqqəti olaraq hökumət nümayəndəsinə tapşırıldı.

  Kataloniya hadisələrindən sonra 3 mindən çox şirkət regionu tərk edib.



Әlaqәli Xәbәrlәr