"Boeing" İranın hava yolu şirkətləri ilə bağlanan müqavilələri ləğv etdi

Təyyarə istehsalçısı "Boeing" Amerika Birləşmiş Ştatlarının İrana qarşı yeni sanksiyaları səbəbindən İranın hava yolu şirkətləri ilə bağlanan müqavilələri ləğv etdi.

987928

"Boeing" şirkətinin rəsmisi İranla 2015-ci ildə imzalanan Əhatəli Müştərək Fəaliyyət Planınından (KOEP) sonra bağlanan müqavilələr çərçivəsində İrana indiyədək təyyarə verilmədiyini və artıq lisenziyalarının olmadığı üçün verə bilməyəcəklərini bildirdi.

"Boeing" təxminən 40 il davam edən embarqo səbəbindən ABŞ-dan sərnişin təyyarəsi və təyyarə ehtiyat hissələri satın ala bilməyən İranla 2016-cı ilin dekabr ayında 16,6 milyard dollarlıq və 2017-ci ildə 3 milyard dollarlıq iki müqavilə bağlamışdı.

"Boeing"in müqavilələri ləğv etməsinə səbəb ABŞ prezidenti Donald Trampın keçən ay KOEP-dən çıxma barəsində qərar qəbul etməsi və İrana qarşı 2015-ci ildə təxirə salınan sanksiyaların yenidən tətbiq olunacağını açıqlaması oldu.

Әlaqәli Xәbәrlәr