Yens Stoltenberq Münbic məsələsində Türkiyə-ABŞ razılaşmasını məmnuniyyətlə qarşıladı

NATO-nun baş katibi Yens Stoltenberq Türkiyə və Amerika Birləşmiş Ştatlarının Suriyanın Münbic bölgəsi ilə bağlı yol xəritəsi məsələsində razılıq əldə etmələrini məmnuniyyətlə qarşıladığını bildirdi.

987160

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu iyunun 4-də ABŞ dövlət katibi Mayk Pompeo ilə Vaşinqtonda görüşmüş, sonra verilən açıqlamada Münbicdəki təhlükəsizliyi Türkiyə və ABŞ qüvvələrinin birlikdə təmin edəcəyi bildirilmişdi.

Çavuşoğlu: "Münbicdə yol xəritəsini ilk mərhələsinin tətbiqinə 10 gün ərzində başlanacaq. Separatçı terror təşkilatı PKK/PYD/YPG-nin üzvləri iyul ayının ilk həftəsindən etibarən silahlarını təhvil verərək Münbicdən çıxacaqlar" demişdi.

Әlaqәli Xәbәrlәr