Ərəbistan Həcc və Ümrə ziyarətini əngəlləyir

Qətər Cəmiyyətlər və İslami İşlər Nazirliyi Səudiyyə Ərəbistanının Ümrəyə gedən qətərlilərə qarşı tətbiq edilən “əngəlli və keyfi əməliyyatlar”ın davam etdirdiyini bildirib.

987283
Ərəbistan Həcc və Ümrə ziyarətini əngəlləyir

  Nazirlikdən verilən məlumatda yazılır: “Həyata keçirilən “keyfi əməliyyatlar”a dair bir çox dəlillər var. Ümrə ziyarəti etmək istəyənlər üçün quru yolu tamamilə qapalı. Həmçinin Qətərin paytaxtı Dohadan Səudiyyə Ərəbistanının Ciddə şəhərinə gedən yol bağlanılıb. Qətərlilərin Səudiyyə Ərəbistanı torpaqlarına girməsi əlaqədar vəzifə adamlarının özbaşına qərarına bağlı qalıb. Bu maneələr ancaq Qətər vətəndaşlarına tətbiq edilir. Səudiyyə Ərəbistanının Həcc və Ümrə Nazirliyi tərəfindən qətərlilərin ziyarətinə qarşı bəyanat verməsi qəribə vəziyyətdir.”

  Xatırladaq ki, Səudiyyə Ərəbistanı Həcc və Ümrə Nazirliyi iyunun 5-də Qətər vətəndaşlarının Ramazanın qalan günlərində hava yolu və Səudiyyə Ərəbistanı şirkətlərinin təşkil etdiyi Ümrə ziyarətinə icazə veriləcəyi haqqında açıqlama qətərlilər tərəfindən rədd edilib. Nazirlik qətərlilərin Ümrə ziyarəti üçün Qətər Hava Yollarından (Qatar Airways) başqa bir hava yolu şirkəti şərtini davam etdirir.

  Qeyd edək ki, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Bəhreyn və Misir rəhbərliklərinin 5 iyun 2017-ci ildə Qətərlə bütün diplomatik əlaqələri kəsmələri Körfəz regionunda böhrana yol açıb.



Әlaqәli Xәbәrlәr