Avropanın üç böyük ölkəsi ABŞ-ın İran sanksiyalarıyla bağlı məktub göndərdi

Avropanın üç böyük ölkəsi Amerika Birləşmiş Ştatlarının İrana sanksiyaları ilə bağlı ABŞ Xəzinə naziri Stiven Mnuçin və dövlət katibi Mayk Pompeoya məktub göndərib.

987340
Avropanın üç böyük ölkəsi ABŞ-ın İran sanksiyalarıyla bağlı məktub göndərdi

  Almaniya, Fransa və İngiltərənin maliyyə və xarici işlər nazirləri tərəfindən imzalanan məktubda ABŞ prezidenti Donald Tramp rəhbərliyinin İrana qarşı sanksiyalarından Avropa şirkətlərinin uzaq tutulmasını tələb olunur.  

  D.Trampın İranla nüvə müqaviləsindən çəkilmə qərarından təəssüf duyduqlarını dilə gətirən üç Avropa ölkəsinin naziri razılaşmanın qüvvəyə mindiyi 2016-cı ildən İranla işbirliyi içində çalışan Avropa şirkətlərinin Amerika sanksiyalarından uzaq tutulmasını istəyib. Məktubda İranın beynəlxalq pul transferi aparılmasına imkan verən SWIFT sistemindən də çıxarmaması tələblər arasında yer alır.

  SWIFT, xüsusilə, bank əməliyyatlarında valyuta cinsindən elektron fond transferi standartını təmin edən kod sistemidir.



Әlaqәli Xәbәrlәr