Tramp - Kim görüşünün vaxtı məlum oldu

Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Tramp ilə Şimali Koreyanın lideri Kim Çen İnin ilk görüşü iyunun 12-də yerli vaxtla saat 09.00-da Sinqapurda olacaq.

985955
Tramp - Kim görüşünün vaxtı məlum oldu

Ağ Evin sözçüsü Sarah Sanders gündəlik mətbuat brifinqində ABŞ prezidenti Donald Trampla Şimali Koreyanın lideri Kim Çen İnin görüşü ilə əlaqədar açıqlamalar verdi.

Sanders görüşə hazırlıq mərhələsini müsbət dəyərləndirirərək: "Milli təhlükəsizlik qrupu hər gün prezidenti Şimali Koreya ilə əlaqədar məlumatlandırır. Bu çərçivədə ilk Tramp-Kim görüşünün iyunun 12-də Sinqapurda yerli vaxtla 09.00-da başlayacağını söyləyə bilərəm" dedi.

Trampın Kimdən aldığı məktubun məzmununu açıqlamayan sözçü oradaki ifadələrin onlara doğru yolda olduqlarını göstərdiyini bildirdi.

 



Әlaqәli Xәbәrlәr