Əl-Beyda şəhərində qarşıdurma, 15 Husi ölüb

Yəmənin Əl-Beyda şəhərində təhlükəsizlik qüvvələri ilə Husilər arasında baş verən qarşıdurma nəticəsində 13 Husi həyatını itirib.

986135
Əl-Beyda şəhərində qarşıdurma, 15 Husi ölüb

Yəmən ordusunun informasiya xidmətinin bəyanatına görə El-Melecim qəsəbəsində hərbi zonaya daxil olmaqda cəhd edən Husilər ilə əsgərlər arasında qarşıdurma baş verib. Hadisə nəticəsində 13 Husi ölüb.

Digər tərəfdən Yəmən ordusu Səudiyyə Ərəbistanın şimal-qərbində yerləşən Yənbu liman şəhərinə ballistik raket zərbəsi endirib. Adı çəkilən şəhərlə ballistik raketin atıldığı ərazi arasında məsafənin 1100 km olduğuna  diqqət çəkilir. Ballistik raket zərbəsinin Yənub şəhərində yerləşən neft anbarları ərazisinə endirildiyi bildirilir. Xatırladaq ki, Səudiyyə Ərəbistanının şimal-qərbindəki dəniz sahilində yerləşən Yənbu şəhərində neft ixracı limanı və neft emalı zavodları yerləşir. 2015-ci ildən bəri Səudiyyə Ərəbistanı və müttəfiqləri Yəmənə təcavüz edir. Hərbi təcavüz nəticəsində on minlərlə insan həyatını itirib, milyonlarla insan xəstəlik və məcburi köçükün vəziyyətinə düşüb. Dənizdən və havadan blokada ölkəyə zəruri ərzaq və tibbi ləvazimatın daxil olmasına mane olur. Hazırda blokada nəticəsində milyonlarla yəmənli ağır şərtlər altında yaşamağa məcburdur. Buna baxmayaraq, yəmənlilər döyüş meydanında təcavüzkarlara qarşı mübarizəni davam etdirirlər.

 



Әlaqәli Xәbәrlәr