Altı G-7 ölkəsi ABŞ-a qarşı birləşdi

Dünyanın ən böyük iqtisadiyyatına malik olan inkişaf etmiş 7 ölkədən ibarət olan G7 Qrupunun Kanadanın Whistler şəhərində 3 gün davam edən Maliyyə Nazirləri Toplantısı başa çatdı.

984494
Altı G-7 ölkəsi ABŞ-a qarşı birləşdi

Dünyanın ən böyük iqtisadiyyatına malik olan inkişaf etmiş 7 ölkədən ibarət olan G7 Qrupunun Kanadanın Whistler şəhərində 3 gün davam edən Maliyyə Nazirləri Toplantısı başa çatdı.

Toplantıya sədrlik edən Kanada Maliyyə naziri Bill Morno (Bill Morneau) qrupun ABŞ-dan başqa altı üzvünün və Avropa İttifaqı nümayəndəsinin ABŞ prezidenti Donald Trampın ölkəsində ticarət sahəsindəki fəaliyyətlərinə görə narahat olduqlarını açıqladı.
 
Morno qrupun toplantıda  birgə bəyanat qəbul edərək  ABŞ-ın yeni gömrük tariflərinə qarşı birləşdiyini qeyd etdi.
 
 Vaşinqtonu yeni gömrük tariflərini dayandırmağa çağıran Morno ABŞ Xəzinə naziri  Stiven Mnuçindən (Stiven Mnuchin)  8-9 iyun tarixlərində Kanadada keçiriləcək G7 Liderlər Sammitindən əvvəl prezident Trampa bu barədə məlumat verməyi istədi.
 

Avropa İttifaqının da təmsil olunduğu G7-nin sədrliyi 1 yanvar 2018-ci ildən etibarən bir il müddətinə İtaliyadan Kanadaya keçdi.  Kanada 8-9 iyunda 44-cü G7 Liderlər Sammitinə altıncı dəfə ev sahibliyi edəcək. 
 
1998-ci ildən 2014-cü ilədək 8 ölkənin üzv olduğu və G8 kimi tanınan qrup 2014-cü ildə Rusiyanın Krımı ilhaq etməsi səbəbindən qrupdan çıxarılmasından sonra G7 adlandırılıldı. Kanada, Fransa, Almaniya, İtaliya, Yaponiya, İngiltərə və Amerika Birləşmiş Ştatlarından ibarət olan G7, eyni zamanda dünyanın ən böyük iqtisadiyyatına malik 7 ölkədən ibarət qrup kimi tanınır.
 
Donald Trampın  ABŞ prezidenti kimi Kanadaya ilk dəfə səfər edəcəyi G7 Liderlər Sammitinin Tramp rəhbərliyinin polad və alüminiuma qoyduğu ağır gömrük vergiləri səbəbindən gərgin mübahisələrə səhnə olacağı təxmin edilir. Qrupun altı üzvü ilə Avropa İttifaqının ABŞ-ın yeni tariflərinə qarşı birləşməsinin sammitdən çıxacaq qərarlarda necə əks olunacağı isə maraq mövzusudur.



Әlaqәli Xәbәrlәr