Misir və İsrail Çinin Fələstin-İsrail sülh prosesində əhəmiyyətli rol oynamasını istəyirlər

Bunu Çinin Orta Şərq üzrə xüsusi nümayəndəsi Gong Xiaosheng bildirdi.

983646
Misir və İsrail Çinin Fələstin-İsrail sülh prosesində əhəmiyyətli rol oynamasını istəyirlər

Çinin Orta Şərq üzrə xüsusi nümayəndəsi Gong Xiaosheng Çinin Qahirədəki Səfirliyində təşkil etdiyi mətbuat konfransında: "Misir və İsrail Pekinin Fələstin-İsrail sülh prosesində böyük rol oynamasını istəyirlər"dedi.

Çinin Fələstin məsələsi və sülh prosesi ilə əlaqədar Misirlə daha yaxşı əməkdaşlıq etməyə və koordinasiya qurmağa çalışacağını bildirən Xiaosheng Qəzzadakı fələstinli qruplar ilə İsrail arasındakı hərbi gərginliyə diqqət çəkdi, buna görə narahat olduğunu dilə gətirdi.

Xiaosheng: "Çin Ərəb Sülh Təşəbbüsünü və Fələstin xalqının mənafeləri ilə üst-üstə düşə bütün təşəbbüsləri dəstəkləyir" dedi.

 



Әlaqәli Xәbәrlәr