Fələstinlə əlaqəli qərar layihəsinin BMT TŞ-da bugün səsə qoyulacağı gözlənilir

BMT TŞ-da veto hüququna malik olan və  hər platformada İsraili müdafiə edən ABŞ edilən bütün dəyişikliklərə baxmayaraq layihəyə veto qoyacağını açıqladı.

983373
Fələstinlə əlaqəli qərar layihəsinin BMT TŞ-da bugün səsə qoyulacağı gözlənilir

Fələstinli dinc vətəndaşlara “beynəlxalq qoruma təmin edilməsinə dair tədbirləri” nəzərdə tutan layihənin bugün BMT TŞ-da bugün səsə qoyulacağı gözlənilir.

Qeyd edək ki, həmin qərar lahiyəsi BMT Təhlükəsizlik Şurasının müvəqqəti üzvlərindən Küveyt tərəfindən təqdim edildi və təqribən iki həftədir bununla bağlı müzakirələr davam edir. Qərarın ötən gün səsə qoyulması nəzərdə tutulmuşdu, lakin bugünə təxirə salındı.  

Diplomatik mənbələr Küveytin Avropa ölkələrinin dəstəkləməsi üçün qərar lahiyəsində istifadə edilən dildə və bəzi ifadələrdə dəyişiklik etdiyini bildiriblər.

BMT TŞ-da veto hüququna malik olan və  hər platformada İsraili müdafiə edən ABŞ edilən bütün dəyişikliklərə baxmayaraq layihəyə veto qoyacağını açıqladı.

Digər tərəfdən ABŞ özünün hazırladığı layihədə “Qəzzadan İsrailə atılan və mülki quruluşa zərər yətirən raket hücumlarının ən sərt şəkildə qınanmasını”  istəyib.

Layihədə Qəzzada Həmas, İslami Cihad və digər qruplaşmaların bütün şiddət əməliyyatlarına və təxribatçılıqlara son qoyması istənib, BMT üzvü bütün ölkələrə raket hücumlarında istifadə ediləcək material və silah təmin etməkdən imtina etmələri üçün çağırış edilib.  



Әlaqәli Xәbәrlәr