Donald Tramp Şimali Koreya liderindən məktub gözləyir

Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Tramp Şimali Koreyanın lideri Kim Çen In ilə  (Kim Jong-un)  iyunun 12-də keçirilməsi nəzərdə tutulan  görüş barəsində: "Ümidvaram ki, iyunun 12-də görüşəcəyik" dedi.

983469
Donald Tramp Şimali Koreya liderindən məktub gözləyir

 Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Tramp Maryland ştatındakı "Joint Base Andrews" hava limanında mətbuat nümayəndələrinin suallarını cavablandırdı.

 Tramp Şimali Koreyanın lideri Kim Çen In ilə  (Kim Jong-un)  iyunun 12-də keçirilməsi nəzərdə tutulan  görüş barəsində: "Ümidvaram ki, iyunun 12-də görüşəcəyik. Lakin bu, "hər şey bir toplantıda həll olunacaq" mənasına gəlmir. Bəlkə ikinci, və ya üçüncü mərhələdəki görüşlərə ehtiyac olacaq. Bəlkə də heç bir görüş olmayacaq" dedi.

Dövlət katibi Mayk Pompeonun Şimali Koreyadan olan həmkarı ilə Nyu-Yorkda baş tutan görüşünün müsbət nəticələndiyini vurğulayan Tramp bunları söylədi: "Şimali Koreya ilə danışıqlar kifayət qədər yaxşı gedir. Dövlət katibinin koreyalı həmkarı ilə çox yaxşı görüşləri oldu. Cümə günü Vaşinqtona gələcəklər və Kim Çen İn-in mənə ünvanladığı məktubu təqdim edəcəklər. Zənn edirəm ki, danışıqlar proses  müsbət istiqamətdə davam edəcək"

Tramp ona göndərilən məktubun məzmunundan xəbəri olmadığını və onu maraqla gözlədiyini bildirdi.

 

 

 

 



Әlaqәli Xәbәrlәr