İran ABŞ-a qarşı beynəlxalq məhkəmədə iddia qaldırmaq üçün qərar verdi

Amerika Birləşmiş Ştatları məhkəməsinin 11 sentyabr 2001-ci ildə əkiz qüllələrə (dünya ticarət mərkəzi) sərnişin təyyarəsilə edilən terror hücumlarıyla bağlı İranı təzminat ödəyə məcbur hökmündən sonra bir cəzalandırıcı qərar da İrandan gəldi.

982538
İran ABŞ-a qarşı beynəlxalq məhkəmədə iddia qaldırmaq üçün qərar verdi

    Nyu-Yorkda Federal Məhkəmə Səudiyyə Ərəbistanının 11 sentyabr hücumları ilə əlaqəli olduğunu bildirmiş İrana qarşı 6 milyard dollarlıq təzminat ödəyəcəyi qərarından sonra İran parlamenti hərəkətə keçib: terror təşkilatı DAEŞ üzvlərini 2017-ci ilin iyununda paytaxt Tehranda İran məclisi və Ayətullah Xomeyninin məqbərəsinə təşkil etdikləri, 17 nəfəri öldürdükləri hücumlarla əlaqədar rəsmi Vaşinqtona qarşı beynəlxalq məhkəmədə iddia qaldırmaq üçün qərar verdi.

  İran millət vəkili Əbülfəzl Əbuturabi deyib: “ABŞ-da 2016 prezident seçki kampaniyası zamanı Respublikaçı Partiyanın namizədi Donald Tramp Demokrat Partiyadan olan rəqibi, keçmiş dövlət katibi Hillari Klintonu günahlandırarkən ona “DAEŞ-i ABŞ ortaya çıxardı” dedi. D.Tramp prezident seçildi. İndi bu ölkənin rəhbərinin qaldırdığı iddiaya inanmayıb, kimə inanaq? Ona görə İran məclisi Vaşinqtona qarşı beynəlxalq məhkəmədə iddia qaldırmağa qərar verdi. Eyni zamanda, İran prokurorluğu da öz adından mövzuyla bağlı iddia qaldırdı.

  Xatırladaq ki, ABŞ-da iki prezident namizədinin iştirak etdiyi televiziya proqramında Tramp demişdi: “Dövrün prezidenti Barak Obama ilə Hillari Klintonun zəifliyi nəticəsində İraqda boşluq meydana gəldi və DAEŞ yarandı… Hillari Klinton, DAEŞ sürünən bir körpə ikən, sən dövlət katibi idin. Bu gün DAEŞ-in 30-dan çox ölkədə fəalları. Bəs sən onları necə dayandıracaqsan? Heç güman etmirəm”.

  Qeyd edək ki, 7 iyun 2017-ci ildə Tehranda İran parlamenti və inqilab lideri Xomeyninin məqbərəsinə 5 DAEŞ üzvü tərəfindən təşkil olunan hücumlarda 17 nəfər ölmüş, 43 nəfər yaralanmışdı.



Әlaqәli Xәbәrlәr