Fransada etiraz aksiyalarına polis əməkdaşları da qoşuldu

Fransada prezident Emmanuel Makronun siyasətlərinə etiraz etmə qərarına gələn sektorlara son olaraq bir polis bölməsinə məxsus bina qarşısında bir araya gələn polis əməkdaşları da qoşuldu.

981743

Paytaxt Parisin 13-cü bölgə polis müdirliyi binasının qabağında toplaşan 100-dən artıq polis əməkdaşı nümayiş keçirdi.

Prezident Makron və hökümətin siyasətlərini tənqid edən polis əməkdaşları ağır iş rejimi və maddi problemlərə görə “bəsdir artıq” söyləmə nöqtəsinə gəldiklərini bildiriblər.

Qeyd edək ki, Fransada Makron və hökumətin siyasətlərinə qarşı etirazlarını bildirmək məqsədilə xeyli sayda sektor işçisi üç aya yaxın zamandır tətil elan edir və  nümayişlər keçirir.

Әlaqәli Xәbәrlәr