"İrqçilik, ksenofobiya və İslam düşmənçiliyinə qarşı  birgə mübarizə aparmalıyıq", M.Çavuşoğlu

Xarici işlər naziri Mövlud Çavuşoğlu Almaniyadakı Solingen faciəsinin 25-ci ildönümünə həsr olunmuş mərasimdə irqçilik, ksenofobiya və İslam düşmənçiliyinə qarşı  birgə mübarizə üçün açıqlama verdi.

981553
"İrqçilik, ksenofobiya və İslam düşmənçiliyinə qarşı  birgə mübarizə aparmalıyıq", M.Çavuşoğlu

Xarici işlər naziri Mövlud Çavuşoğlu Almaniyadakı Solingen faciəsinin 25-ci ildönümünə həsr olunmuş mərasimdə irqçilik, ksenofobiya və İslam düşmənçiliyinə qarşı  birgə mübarizə üçün açıqlama verdi.

Almaniyanın Solingen şəhərində 25 il əvvəl irqçilərin evlərini yandırması nəticəsində həyatını itirən Gənc ailəsinin 5 fərdi üçün Düsseldorfdakı Şimali Ren Vestfalya əyalətinin Baş Nazirlik binasında anım mərasimi təşkil edilib.

Mərasimdə Almaniya kansləri Angela Merkel, ölkəmizin xarici işlər naziri Mövlud Çavuşoğlu, əyalətin baş naziri Armin Laşet və xeyli sayda dəvətli iştirak edib.

Çavuşoğlu mərasimdə etdiyi çıxışda Gənc ailəsinin yaşadığı faciə və Almaniyada irqçi hücumlara məruz qalan digər Türkiyə vətəndaşlarının problemlərinə diqqət çəkərək deyib: “Bu insanlar Almaniyanı özlərinə ikinci vətən kimi qəbul ediblər və yeganə gözləntiləri bu ictimaiyyətin bərabər hüquqlu fərdi, ölkənin bir parçası olmaqdır. İnteqrasiya mövzusunda Türkiyə və Almaniya birgə cəhd göstərməlidir. Bizim vəzifəmiz bu faciədən lazım gələn dərsi götürüb, irqçilik bəlasına qarşı birgə mübarizə aparmaqdır. Ksenofobiyaya qarşı təsirli tədbirlər görülməlidir. Bu çərçivədə ictimaiyyətin bütün ünsürlərinin öz rəng və fərqliliklərilə bir arada sülh və dinclik içində yaşamasına imkan yaratmaq lazımdır. Şimali Ren Vestfalya əyaləti ən çox mühacir qəbul edən əyalətdir və buranın baş naziri Laşet özünün məsuliyyətini yaxşı bilən biri kimi məni dəvət etdi, bu çox mənalıdır. Ona təşəkkür edirəm.”

Almaniya kansləri Merkelə də təşəkkür edən və onun irqçiliklə təşkilatlı şəkildə mübarizəsini çox düzgün addım kimi qiymətləndirən M. Çavuşoğlu “Türkiyə olaraq Merkelə köməklik hər mövzuda göstərməyə hazırıq” deyib.

Digər tərəfdən əyalətin baş naziri Laşet də çıxış edərək 25 il əvvəl yaşanan faciənin əyalətdə 2-ci Dünya Müharibəsindən sonra baş verən ən dəhşətli faciə olduğunu söyləyib.

Laşet çıxışını Türkçə olaraq “Sevgidir insanı yaşadan” ifadəsilə başa çatdırıb.



Әlaqәli Xәbәrlәr