Həm Almaniyada, həm də dünyada tolerantlıq, müxtəliflik və insanlıq qələbə çalmalıdır

Bunu Almaniyanın Xarici İşlər naziri Heiko Maas bildirdi.

981402
Həm Almaniyada, həm də dünyada tolerantlıq, müxtəliflik və insanlıq qələbə çalmalıdır

Almaniyanın Xarici İşlər naziri Heiko Maas işləmək üçün Türkiyədən Almaniyaya gedənlərin ölkənin bir parçası olduğunu bildirdi.

Jurnalistlərə müsahibə verərkən Almaniyadakı diskriminasiyaya diqqət çəkən Maas: "Özləri, valideynləri, hətta nənə və babaları uzun müddət Almaniyada yaşayan Türklərin böyük hissəsinin günümüzdə belə diskriminasiyaya məruz qalmaları utancvericidir" dedi.

Maas 25 il əvvəl Solingen şəhərində baş verən faciəyə işarə edərək: "Solingendə həlak olanları unutmamaq və susmamaq hər kəsin vəzifəsidir" dedi.

Xarici İşlər naziri insanları ksenofobiya ilə mübarizəyə dəvət edərək : "Həm Almaniyada, həm də dünyada tolerantlıq, müxtəliflik və insanlıq qələbə çalmalıdır" deyə qeyd etdi. 

 Xatırladaq ki, 29 may 1993-cü ildə ultra  sağçılar Solingendə bir Türk ailəsinin evini yandırmışdılar. Yanğında Gürsün  İncə, Xədicə, Hülya, Saime Gənc və Gülüstan Öztürk həlak olmuşdular.
 
 Faciənin 25-ci ildönümündə  Düsseldorf şəhərində Almaniya kansleri Angela Merkel, Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu və Almaniya Xarici İşlər Naziri Heiko Maasın iştirakı ilə yadetmə mərasimi keçiriləcək.
 
 Solingendə də yadetmə tədbirləri olacaq.

 

 

 



Әlaqәli Xәbәrlәr