Fransa prezidenti Səəd Haririnin Səudiyyə Ərəbistanında əsir tutulduğunu təsdiq etdi

Livanın Baş naziri Səəd Haririnin keçən il Səudiyyə Ərəbistanı tərəfindən əsir götürüldüyünə dair ilk rəsmi təsdiq Fransa prezidenti Emmanuel Makrondan gəldi.

981515

Fransa prezidenti  Emmanuel Makron Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanın  Livan Baş naziri Səəd Haririni ər- Riyada çağırıaraq onu televiziya vasitəsilə istefa açıqlaması verməyə məcbur etməsi və həftələrlə ölkədə tutması iddiası ilə bağlı ilk dəfə danışdı.

BFM TV-yə müsahibə verən Makron: "O zaman Fransanı dinləməsəydilər, çox güman ki, indi Livan müharibə vəziyyətində olardı. Bunun qarşısını fransız diplomatiyası aldı" deyərək dərhal ər-Riyada gedərək vəliəhd şahzadəni yola gətirdiyini, Haririni də Parisə dəvət edərək böhranın aradan qalxması üçün yol açdığını bildirdi.

Bu günədək əsir götürülmə məsələsi həm ər-Riyad, həm də Hariri tərəfindən təkzib olunurdu.

Fransa prezidenti:" Sizə xatırladım ki, bir Baş nazir həftələrlə Səudiyyə Ərəbistanında saxlanıldı" ifadəsini işlətdi.

Ər-Riyaddan isə Makrona: " Dediklərinizin heç bir əsası yoxdur" cavabı gəldi.

Әlaqәli Xәbәrlәr