Aİ Suriya rejiminə qarşı sanksiyaları bir il də uzatdı

Avropa İttifaqı Suriyada Bəşər Əsəd rejiminə qarşı tətbiq etdiyi sanksiyaları bir il də uzatmaq barəsində qərar qəbul etdi.

980545
Aİ Suriya rejiminə qarşı sanksiyaları bir il də uzatdı

Avropa Şurası  Suriyada Bəşər Əsəd rejiminə qarşı tətbiq olunan saknsiyalarla bağlı açıqlama yaydı.

Açıqlamada Suriya rejiminə qarşı məhdudlaşdırıcı sanksiyaların 2019-cu ilin iyun ayına qədər uzldıldığı bildirilir, sanksiya tətbiq olunan qurum və şəxslərin adlarından ibarət siyahıya yenidən baxılacağı qeyd edilir.

Siyahıda adları olan rejim tərəfdarı 67 quruma və 259 şəxsə səyahət qadağası qoyulub, əmlakları dondurulub. Sanksiya tətbiq olunan şəxslərdən dördünün Suriyada mülki vətəndaşlara qarşı kimyəvi silahın tətbiqi məsələsi ilə əlaqəsi olduğu bildirilir.

Aİ-nin Əsəd rejiminə  tətbiq etdiyi sanksiyalara neft embarqosu, bəzi sahələrdə məhdudiyyətlər, Suriya Mərkəzi Bankının Aİ-dəki əmlakının dondurulması, rejimin təzyiqini gücləndirə biləcək malların təchizi və idxalına qadağa qoyulması kimi maddələr daxildir.

 



Әlaqәli Xәbәrlәr