Liviyanın Benqazi şәhәrindә terror aktı törәdilib, ölәn var

Bu barәdә Liviya Mәrkәzi Polis İdarәsinin sözçüsü Tarık әl-Harraq mәlumat verib.

978509
Liviyanın Benqazi şәhәrindә terror aktı törәdilib, ölәn var

Liviyanın Benqazi şәhәrindә törәdilәn terror aktı nәticәsindә 6 nәfәr hәlak olub, 20-dәn çox adam da yaralanıb.

Bu barәdә Liviya Mәrkәzi Polis İdarәsinin sözçüsü Tarık әl-Harraq mәlumat verib. O, hücumun Benqazinin mәrkәzindә yerlәşәn Camal prospektindә törәdildiyini bildirib.

‘‘Hücumu törәdәn terror tәşkilatları  dünyaya Benqazinin etibarlı olmadığını  göstәrmәk istәyirlәr. Faktla bağlı araşdırmalar davam edir’’,-deyә Liviya Mәrkәzi Polis İdarәsinin sözcüsü Tarık әl-Harraq vurğulayıb.

Qeyd edәk ki, hücuma görә mәsuliyyәti öz üzәrinә götürәn olmayıb.



Әlaqәli Xәbәrlәr