Şimali Koreyadan Mayk Pensə reaksiya

Şimali Koreyanın xarici işlər nazinin müavini Choe Son-hui Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Trampla Şimali Koreyanın lideri Kim Jong-un 12 iyun üçün planlaşdırılan görüşün keçirilib-keçirilməyəcəyi məsələsinə yenidən baxılacağını bildirdi.

978082

Şimali Koreyanın rəsmi xəbər agentliyi KCNA-nın verdiyi xəbərə görə, Choe ABŞ vitse-prezidenti Mayk Pensin (Mike Pence) Şimali Koreyanın Liviya kimi olacağı ilə bağlı açıqlamalarına isə "səfeh və cahil" deyərək xarakterizə etdi.

Choe Pensin Şimali Koreyanın vəziyyətini anlamadığını və dialoq üçün əsla yalvarmayacaqlarını vurğuladı.

Qeyd edək ki, ABŞ vitse-prezidenti Mike Pence  ABŞ ilə nüvə razılığı əldə etməsi məsələsində Şimali Koreyaya xəbərdarlıq edərək, əks halda bu ölkənin sonunun da Liviyaya bənzəyə biləcəyini bildirmişdi.

Әlaqәli Xәbәrlәr