Malayziya Hava Yollarına məxsus təyyarə Rusiya ordusuna məxsus raketlə vurulub

2014-cü il iyulun 17-də düşürülən Malayziya Hava Yollarına məxsus “MH-17” sərnişin təyyarəsi Rusiya ordusuna məxsus raketlə vurulub.

978161
Malayziya Hava Yollarına məxsus təyyarə Rusiya ordusuna məxsus raketlə vurulub

“2014-cü il iyulun 17-də düşürülən Malayziya Hava Yollarına məxsus “MH-17” sərnişin təyyarəsi Rusiya ordusuna məxsus raketlə vurulub”.

Bunu hadisəni araşdıran Beynəlxalq Cinayətləri Araşdırma Qrupu bildirib.

Verilən məlumata görə, təyyarə Rusiya sərhədinə yaxın bir bölgədən raketlə vurularaq yerə düşürülüb. Təyyarə Rusiya Silahlı Qüvvələrinin 53-cü Zenit raket briqadasından atılan raket nəticəsində qəzaya uğrayıb.

Qeyd edək ki, qəza nəticəsində 298 nəfər ölüb. Təyyarədəkilərdən 283-ü sərnişin, 15-i isə uçuş heyətinin üzvü olub. Ölənlərdən 154-ü Hollandiya, 27-si Avstraliya, 23-ü Malayziya, 11-i İndoneziya, 6-sı Britaniya, 4-ü Almaniya, 4-ü Belçika, 3-ü Filippin, 1-i Kanada vətəndaşı olub. 



Әlaqәli Xәbәrlәr