Əfqanıstanda sülhün bərqərar olması üçün İngiltərə Taliban ilə rəsmi görüşlər keçirməlidir

Bunu Ingiltərənin müdafiə naziri Qevin Uilyamson bildirdi.

977349
Əfqanıstanda sülhün bərqərar olması üçün İngiltərə Taliban ilə rəsmi görüşlər keçirməlidir

Ingiltərənin müdafiə naziri Qevin Uilyamson (Gavin Williamson) Böyük Britaniya parlamentində verdiyi açıqlamada İngiltərə üçün Əfqanıstanda sabitliyin təmin olunmasının əhəmiyyətli olduğunu qeyd etdi.

Nazir İngiltərənin Əfqanıstanda ilin sonuna yaxın keçiriləcək seçkilərin sülh şəraitində baş tutması üçün öhdəlik götürdüyünü söylədi.

"Əfqanıstanda sülhün bərqərar olması üçün İngiltərə Taliban ilə rəsmi görüşlər keçirməlidir" deyən Uilyamson Əfqanıstanda uzunmüddətli  həllin vacibliyini vurğuladı.

İngiltərənin müdafiə naziri Əfqanıstan hökumətinin Taliban ilə şərtsiz sülh görüşü təklifini məmnuniyyətlə qarşıladığını dilə gətirdi.

 



Әlaqәli Xәbәrlәr