Rifah sərhəd məntəqəsi Ramazan ayı müddətinə açıq olacaq

Misir rəhbərliyi İsrailin mühasirəsində olan Qəzzanın dünyaya açılan yeganə sərhəd məntəqəsi Rifah sərhəd məntəqəsininin Ramazan ayı müddətinə açıq olacağını bildirdi.

973523

Misir prezidenti Əbdulfəttah əs-Sisi “Facebook” hesabında yazıb: “Qəzza zolağındakı qardaşlarımıza kömək olmaq məqsədilə Rifah sərhəd məntəqəsindən keçidlərin Ramazan ayı müddətinə davam etməsilə bağlı addımların atılması üçün vacib olan təlimatı verdim” deyib.

Misir rəhbərliyi Rifah sərhəd məntəqəsini “humanitar vəziyyətlər” üçün 12 may tarixindən etibarən 4 günlüyünə ikitərəfli keçidlərə açmışdı.

Qəzza zolağına giriş-çıxışların olduğu 7 keçid məntəqəsindən Misirin nəzarətindəki Rifahı çıxmaqla 6-sı İsrailin nəzarətində və bağlıdır.

Misir rəhbərliyi isə 2013-cü ildə baş verən hərbi çevrilişdən sonra Rifah sərhəd keçid məntəqəsini demək olar ki, tamamilə bağlı saxlayır.

Әlaqәli Xәbәrlәr