Mark Rutte: "ABŞ başqa məsələlərdə də müttəfiqlərini nəzərə almadan özbaşına işlər görür"

Hollandiyanın Baş naziri Mark Rutte İran ilə 2015-ci ildə  bağlanan nüvə müqaviləsini birtərəfli şəkildə ləğv edən Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Trampı tənqid etdi.

973170

 Rutte Bolqarıstanın paytaxtı Sofiyada Avropa İttifaqı ölkələrinin liderləri ilə qeyri-rəsmi şam yeməyindən sonra mətbuata açıqlamalar verdi.
 
 Mark Rutte: "ABŞ-ın İranla bağlanmış nüvə müqaviləsindən çıxma qərarı axmaqlıqdır. ABŞ başqa məsələlərdə də müttəfiqlərini nəzərə almadan özbaşına işlər görür. Bu yaxşı deyil. Fransa prezidenti Emmanuel Macron israrla onu bu qərarı verməməyə çağırdı. Almaniya kansleri Angela Merkelin də "etmə" deməsinə baxmayaraq, iki gün sonra yenə də bunu edəcəyini söylədi" deyə bildirdi.
 
 Qeyd edək ki, ABŞ prezidenti  Donald Tramp mayın 8-də ölkəsinin 5 + 1 ölkələri ilə İran arasında bağlanan nüvə müqaviləsindən çəkilmə qərarını açıqlamışdı.

Әlaqәli Xәbәrlәr