Onlar pensiya yaşının yüksəldilməsi və istirahət günlərinin azaldılmasına qarşı çıxdılar

Belçikanın paytaxtı Brüsseldə minlərlə işçi hökumətin pensiya islahatına etiraz bildirib.

972714
Onlar pensiya yaşının yüksəldilməsi və istirahət günlərinin azaldılmasına qarşı çıxdılar

    Müxtəlif fəhlə həmkarlar ittifaqlarının çağırışı ilə minlərlə insan mayın 16-sı günorta Brüsselin mərkəzində yerləşən Şimal Dəmiryol Vağzalının qarşısında toplaşıb. Etirazçılar buradan bir neçə kilometrlik məsafədəki Midi Qatar Stansiyasına qədər gedib.

  Belçikanın müxtəlif şəhərlərindən gələn və hökumət əleyhinə şüarlar səsləndirən etirazçılar tənqidi plakatlar qaldırıb, əmək şərtlərinin düzəldilməsini tələb ediblər. Onlar hökumət tərəfindən qəbul edilən pensiya yaşının yüksəldilməsinə və istirahət günlərinin azaldılmasına qarşı çıxıblar.

  Mitinqlərlə əlaqədar sərnişindaşımada axsamalar meydana gəlib, bəzi məktəblərdə tədrisə ara verilib, zibil toplama xidmətləri dayanıb.



Әlaqәli Xәbәrlәr