Fransa ABŞ-ın yeni sanksiyalarını da qəbul etməyəcək

Fransa Ameirka Birləşmiş Ştatlarına nüvə müqaviləsindən çəkildikdən sonra qüvvəyə minəcək yeni sanksiyaların Fransa və Avropa İttifaqı şirkətlərini daxil etməmək üçün çağırış edib.

970715
Fransa ABŞ-ın yeni sanksiyalarını da qəbul etməyəcək

   Fransa Xarici İşlər Nazirliyindən verilən yazılı məlumatda bildirilir: “Birləşmiş Millətlər Təşkilatı tərəfindən tanınan nüvə müqaviləsi hələ qüvvədədir. ABŞ-ın müqavilədən çəkilmə qərarına təəssüflənirik. Fransa bu qərarı dəstəkləmir və müqaviləyə imza atan bütün tərəflər kimi İranla ticarət əlaqələrinə davam edəcək. Yeni sanksiyaları da qəbul edə bilmərik. ABŞ rəhbərliyindən yeni sanksiyaların nüvə müqaviləsi çərçivəsində İranla iqtisadi münasibətlərini davam etdirən və ya bu ölkədə sərmayə qoyan Fransa və Avropa şirkətlərinə tətbiq olunmamasını istəyirik. Hər bir halda Fransa öz şirkətlərini qorumağa davam edəcək.”

  Fransanın bu bəyanatında o da yazılıb ki, ölkənin Xarici İşlər naziri Jan-İv le Drian və İqtisadiyyat naziri Bruno le Mer (Bruno Le Mairein) İranda kommersiya fəaliyyəti göstərən Fransa şirkətlərilə görüşəcək, sonra Brüsselə gedərək Almaniya, İngiltərə və İranlı həmkarı ilə bir araya gələcək.



Әlaqәli Xәbәrlәr