Qazaxıstanın paytaxtı Astana Suriya ilә bağlı növbәti toplantıya ev sahibliyi edir
ABŞ-ın iştirak etmәdiyi toplantıda deeskalasiya zonalarındakı son vәziyyәt , BMT-nin nәzarәtindәki konstitusiya komitәsi vә saxlanılanların azad edilmәsi mәsәlәlәri müzakirә olunur.

Qazaxıstanın paytaxtı Astana Suriya ilә bağlı növbәti iclasa ev sahibliyi edir.
ABŞ-ın iştirak etmәdiyi toplantıda deeskalasiya zonalarındakı son vәziyyәt , BMT-nin nәzarәtindәki konstitusiya komitәsi vә saxlanılanların azad edilmәsi mәsәlәlәri müzakirә olunur.
Astanada keçirilәn Suriya ilә bağlı sayca 9-cu toplantı Türkiyә vaxtı ilә saat 08.00 radәlәrindә Rusiya vә İran nümayәndәlәri arasında baş tutan ikitәrәfli görüşlә başladı.
Mәlumata görә, Rusiya nümayәndә heyәtinә Rusiya Prezidenti Vladimir Putinin Suriya üzrә xüsusi nümayәndәsi Aleksandr Lavrentiev, İran nümayәndә heyәtinә isә XİN rәhbәrinin müavini Hüseyin Cabiri Ensari sәdrlik edirlәr.
Türkiyәnin nümayәndә heyәtinә dә Xarici İşlәr Nazirliyinin müşavirinin müavini Sedat Önal sәdrlik edir.
BMT-nin Suriya üzrə xüsusi elçisi Staffan də Mistura-nın günortadan sonra toplantıya qatılması gözlәnilir.
İordaniyanın isә müşahidəçi kimi danışıqlarda iştirak edәcәyi bildirilir.
Qeyd edәk ki, Bәşәr Әsәd rejimi vә hәrbi müxaliflәrin qatılacağı görüş sabah keçirilәcәk.