İsrail futbol komandasının adına “Trump”ı əlavə etdi

ABŞ prezidenti Donald Trampın Qüdsü İsrailin paytaxtı olaraq tanıma qərarından sonra irqçi mövqeyilə tanınan “Beitar Jerusalem” adlı Qüds komandası adını "Beitar Trump Jerusalem" olaraq dəyişdirdi.

970720
İsrail futbol komandasının adına “Trump”ı əlavə etdi

  “The Guardian”da çıxan xəbərə görə, Qüdsdə gərgin hava davam edərkən şəhərin futbol komandalarından olan “Beitar Jerusalem” klubundan da mövzu ilə bağlı qərar gəldi: Trampın cəsarətli qərarını təbrik etmək üçün “Beitar Jerusalem” komandasının adı "Beitar Trump Jerusalem" olaraq dəyişdirildi.

  Klubdan onu da bildiriblər ki, "Qüds İsrailin əbədi paytaxtı kimi tanınmasına - Donald Trampın cəsarətli qərarına qədər 70 il idi ki, belə bir beynəlxalq tərif gözləyirdi. Prezident Tramp İsrail xalqına və paytaxtına əsl sevgisini göstərdi. Artıq başqa ölkələr də Qüdsün qazandığı statusu qəbul edəcək. Klub rəhbərliyi bu münasibətlə tarix yazan ABŞ prezidentinin adını komandaya əlavə etməyə qərar verdi. Bundan sonra futbol klubu və komandamızın adı “Beitar Trump Jerusalem” olacaq”.

  Açıqlama klubun “facebook” səhifəsində də yer alıb.



Әlaqәli Xәbәrlәr