Əfqanistanda bomba partadılması və baş verən toqquşma nəticəsində 12 nəfər həlak olub
Hadisə ölkənin şərqində yerləşən Cəlalabad şəhərində Maliyyə İdarəsi binasında baş verib.
969937

Əfqanistanda bomba partadılması və baş verən toqquşma nəticəsində 12 nəfər həlak olub.
Hadisə ölkənin şərqində yerləşən Cəlalabad şəhərində Maliyyə İdarəsi binasında baş verib.
Nanqarxan Valiliyinin sözçüsü Ataullah Hoqyani 8 cinayətkardan ikisinin binanın giriş yerində bombanı partlatmasından sonra digər 6 cinayətkarın da binaya girərək toqquşmağa başladığını bildirib.
Cinayətkarlar zərərsizləşdirilib. Saatlarla davam edən toqquşma nəticəsində aralarında sivillərin də olduğu 12 nəfərin öldüyü, 36 nəfərin isə yaralandığı bildirilib.
Hücumun məsuliyyətini hələ də üzərinə götürən olmayıb.
Әlaqәli Xәbәrlәr

Fransada quş qripi tüğyan edir
Fransada quş qripi epidemiyasına qarşı mübarizə çәrçivәsindә təxminən 2 milyon ördək mәhv edilib.