“ABŞ-nın  səfirliyini  Qüdsə  köçürməsindən narahatıq”

ABŞ-ın Təl-Əvivdəki səfirliyini Qüdsə köçürməsindən sonra regionda gərginliyin   tarıma  çəkilməyə   başlaşlamasından narahatlıq  duyuruq. Bunu Kremlin mətbuat katibi Dmitri Peskov deyib.

970432
“ABŞ-nın  səfirliyini  Qüdsə  köçürməsindən narahatıq”

Dmitri Peskov jurnalistlərin ABŞ səfirliyini Qüdsə köçürməsinin bölgədə gərginliyi artıracağına dair Rusiyanın narahatlığı olub-olmadığına dair sualına "Bəli, narahatlıqlarımız var. Bu barədə daha əvvəl də açıqlama vermişdik", - cavabını verib. Rusiya xarici işlər naziri Sergey Lavrov Mayın 12-də Birləşmiş Millətlər Təşkilatı Yaxın Şərq Sülh Prosesi üzrə xüsusi koordinatoru Nikolay Mladenov ilə keçirdiyi görüşdə Fələstin-İsrail məsələsindəki vəziyyətdən çox narahat olduqlarını vurğulamış və "Vəziyyət çıxılmazdır. Bu çıxılmaz vəziyyət, xüsusilə ABŞ-ın məlum olan Qüds qərarı fonunda daha da dərinləşir", - sözlərini işlətmişdi.



Әlaqәli Xәbәrlәr