İndoneziyada kilsələrdə partlayışlar zamanı 9 nəfər ölüb

Bu barədə Şərqi Yava polis idarəsinin nümayəndəsi Frans Barunq (Frans Barung) mәlumat verib.

969480
İndoneziyada kilsələrdə partlayışlar zamanı 9 nəfər ölüb

İndoneziyanın Surabaya şәhәrindә yerləşən kilsələrdə törədilən partlayışlar nəticəsində 9 nəfər ölüb, 40 nəfər yaralanıb.

Bu barədə Şərqi Yava polis idarəsinin nümayəndəsi Frans Barunq (Frans Barung) mәlumat verib.  

Mәlumata görә, birinci partlayış yerli vaxtla səhər saat 07.30  radələrində Surabaya şəhərindəki “Müqəddəs Məryəm” kilsəsindә  törədilib.  Daha sonra Diponeqoro vә Pantekosta kilsәlәrindә dә partlayışlar törədilib.

Qeyd edәk ki, hücumlara görә mәsuliyyәti öz üzәrinә götürәn olmayıb.

 



Әlaqәli Xәbәrlәr