Şimali Koreya nüvə silahı fəaliyyətini dayandırarsa, ABŞ onun iqtisadiyyatına kömək edə bilər

Bunu Amerika Birləşmiş Ştatlarının dövlət katibi Mayk Pompeo (Mike Pompeo) bildirdi.

969121
Şimali Koreya nüvə silahı fəaliyyətini dayandırarsa, ABŞ onun iqtisadiyyatına kömək edə bilər

Amerika Birləşmiş Ştatlarının dövlət katibi Mayk Pompeo (Mike Pompeo) nüvə silahları ilə bağlı fəaliyyətini dayandırması halında Şimali Koreyanın iqtisadiyyatına kömək edə biləcəklərini açıqladı.
 
 Pompeo və Cənubi Koreyalı həmkarı Kanq Kyung-wha ABŞ Dövlət Departamentində birgə mətbuat konfransı keçirdilər.
 
 Pompeo: "Şimali Koreya uzunmüddətli və geri dönüşü olmayacaq bir şəkildə bölgənin nüvə silahlarından təmizlənilməsinə razı olarsa, Şimali Koreya və xalqının gələcəyi  yaxşı  olacaq" ifadəsini işlədərək bu prosesdə ABŞ-ın yardımçı olacağını bildirdi.
 
Prezident Donald Trumpın Şimali Koreya lideri Kim Jong Un-la 12 iyunda Sinqapurda keçirəcəyi görüşə diqqət çəkən Pompeo bu danışıqların məqsədininin Koreya regionunun nüvə silahlarından təmizləmək olacağını bildirdi.
 



Әlaqәli Xәbәrlәr