Merkel ilə Ruhani arasında telefon danışığı olub

Almaniya kansleri Angela Merkel İranın nüvə proqramına dair müqavilədəki vədlərini yerinə yetirəcəyi müddətdə Almaniya, Fransa və İngiltərənin müqaviləni qoruyacaqlarını söyləyib.

968381

Almaniya hökumətinin sözçüsü Steffen Sayıbert (Steffen Seibert) verdiyi yazılı açaqlamada bildirib ki, kansler Merkel İran prezidenti Həsən Ruhani ilə telefonla danışığında nüvə proqramına dair müqaviləni müzakirə ediblər. Merkel Ruhaniyə İranın nüvə proqramına dair müqavilədəki vədlərini yerinə yetirəcəyi müddətdə Almaniya, Fransa və İngiltərənin müqaviləni qoruyacaqlarını təsdiqləyib.

Hökümət sözçüsü Merkelin İranın ballistik raket proqramı və apardığı regional fəaliyyətlər barədə İran ilə əlaqəli ölkələrin iştirak edəcəyi yığıncaqda müzakirələrin keçirilməsindən tərəf olduğunu vurğulayıb.

Sözçü həmçinin İsrailə raket hücumu etdiyinə görə İranı qınayan Merkelin bu ölkədən bölgədəki gərginliyi azalatmağa dəstək olmasını istədiyini də qeyd edib.

Әlaqәli Xәbәrlәr