"ABŞ Şimali Koreya ilə əməkdaşlıq etməkdə qərarlıdır”, M.Pompeo

M.Pompeo ABŞ prezidenti Donald Tramp və Şimali Koreya başçısı Kim Con İn (Kim Jong Un) arasında planlaşdırılan görüşün təfərrüatı ilə bağlı danışmaq üçün Pyonqyanqa etdiyi səfərdə bəyanatlar verib...

967563
"ABŞ Şimali Koreya ilə əməkdaşlıq etməkdə qərarlıdır”, M.Pompeo

  Amerika Birləşmiş Ştatlarının dövlət katibi Mayk Pompeo: “ABŞ Koreya yarımadasında sülhə nail olmaq üçün Şimali Koreya ilə əməkdaşlıq etməyə qərarlıdır”, - dedi.

  M.Pompeo ABŞ prezidenti Donald Tramp və Şimali Koreya başçısı Kim Con İn (Kim Jong Un) arasında planlaşdırılan görüşün təfərrüatı ilə bağlı danışmaq üçün Pyonqyanqa etdiyi səfərdə bəyanatlar verib:

  “ABŞ-la Şimali Koreya arasında uzun illərdir düşmənçilik var. İndi bu münaqişəni həll etmək, dünya üçün təhdidləri aradan qaldırmaq və insanlara bütün imkanların təmin edilməsi üçün iş birliyinə ümid edirik… Bu proses çox çətindir. Amma iki liderin görüşünün uğurla həyata keçməsinə çalışırıq.”  

  Şimali Koreyaya ilk dəfə ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru olaraq getmiş Mayk Pompeo bu dəfə ölkədə ikinci ABŞ dövlət katibi kimi oldu. Ondan əvvəl 2000-ci ildə Madlen Olbrayt getmişdi.   



Әlaqәli Xәbәrlәr