ABŞ-ın İranla bağlanan nüvə sazişindən çıxma qərarına dünya ölkələri reaksiya göstərdilər

Avropa İttifaqı, NATO və BMT nüvə sazişinin qorunacağını bildirdilər.

966898
ABŞ-ın İranla bağlanan nüvə sazişindən çıxma qərarına dünya ölkələri reaksiya göstərdilər

ABŞ Prezidenti Donlad Trampın İranın nüvə proqramı ilə bağlı razılaşmadan çıxma və bu ölkəyə istiqamətli sanksiyaları yenidən tətbiq etmə qərarına dünya ölkələri dəstək olmadı.

Avropa İttifaqı, NATO və BMT nüvə sazişinin qorunacağını bildirdilər.

Avropa İttifaqından verilən açıqlamada Aİ-nin beynəlxalq birlik olaraq nüvə sazişini qoruyacağı vurğulandı.

Avropa İttifaqı Şurasının sədri Donald Tusk sosial şəbəkə vasitəsilə yaydığı açıqlamada ABŞ Prezidenti Trampın qərarının digər Aİ dövlətlərinin rəhbərləri ilə müzakirə ediləcəyini və birgə addım atılacağını bildirdi.

BMT-nin Baş katibi Antonio Quterreş də yazılı açıqlama verərək, ABŞ-ın İranla bağlı qərarından dərin narahatlıq keçirdiyini bəyan etdi.

Razılaşmanın tərəflərini vədlərini yerinə yetirməyə və bütün üzv dövlətləri də nüvə razılaşmanı dəstəkləməyə çağıran Quterreş İran ilə qəbul edilən razılaşmanın nüvə silahlanma və diplomatiyada ciddi nailiyyət olduğunu və beynəlxalq sülh və təhlükəsizliyə töhfə verdiyini vurğuladı.

NATO isə ABŞ-ın İran ilə bağlanan nüvə sazişindən çıxma qərarından sonra bütün tərəfləri ətraflı həll yolu tapmağa çağırdı.

Böyük Britaniya, Almaniya və Fransanın liderləri Tereza Mey, Angela Merkel və Emmanuel Makron D.Trampın bəyanatından sonra razılaşmanın iştirakçılarını onu bütünlüklə icra etməyə çağırdılar.

Fransa Prezidenti Emmanuel Makron, Almaniya kansleri Angela Merkel və Böyük Britaniyanın Baş naziri Tereza Mey arasında telefon danışığı olub.

Telefon danışığı zamanı Fransa, Almaniya və Böyük Britaniya liderləri ABŞ-ın İranla bağlanmış nüvə sazişindən birtərəfli qaydada çıxmasını müzakirə edib, Trampın qərarını kədər və narahatlıqla qarşıladıqlarını bildiriblər.

Fransa, Almaniya və Böyük Britaniya liderləri bununla bağlı verdikləri birgə bəyanatda tərəflərin müqaviləyə sadiq qaldığı və bunun ümumi təhlükəsizlik üçün vacib olduğu vurğulanıb.

Yaponiya da ABŞ-ın İranın nüvə proqramı ilə bağlı razılaşmadan çıxmasından təəssüfləndiyini bildirdi. Belə ki, bu, həmin razılaşmanın həyata keçirilməsinə mane ola bilər.

Xatırladaq ki, mayın 8-də ABŞ Prezidenti Donald Tramp Vaşinqtonun İranın nüvə proqramı ilə əlaqədar razılaşmadan çıxdığını elan etdi.



Әlaqәli Xәbәrlәr