ABŞ-ın İrana tətbiq etdiyi iqtisadi sanksiyalar yenidən gündəmdədir

Amerika Birləşmiş Ştatları Prezidenti Donald Trampın ölkəsinin İranla bağlanan nüvə sazişindən çıxaracağını elan etməsindən sonra Tehrana iqtisadi sanksiyalar yenidən gündəmə gəldi.

967298
ABŞ-ın İrana tətbiq etdiyi iqtisadi sanksiyalar yenidən gündəmdədir

Amerika Birləşmiş Ştatları Prezidenti Donald Trampın ölkəsinin İranla bağlanan nüvə sazişindən çıxaracağını elan etməsindən sonra Tehrana iqtisadi sanksiyalar yenidən gündəmə gəldi.

Trampın milli təhlükəsizlik məsələri üzrə məsləhətçisi Con Bolton İrana sanksiyaların yenidən qüvvəyə mindiyini, bu prosesdə İran ilə yeni iş müqavilələri imzalanmamasının vacibliyini dilə gətirib.

 ABŞ Xəzinə Nazirliyinin dünən verdiyi açıqlamada da İrana istiqamətli sanksiyaların 90 və 180 günlük mərhələrlə yenidən qüvvəyə minməyə başlanacağı bildirmişdi.

Buna görə, ABŞ-ın İrana istiqamətli ilk sanksiya paketi 6 avqustda qüvvəyə minəcək və bu tarixdən sonra rəsmi Tehran ABŞ dolları satın ala bilməyəcək, qızıl və qiymətli mədənlərlə ticarət edə bilməyəcək.

Ayrıca İranın alüminium, polad, kömür ticarəti ilə avtomobil sektoruna sanksiyalar tətbiq ediləcək, İranı çıxmaqla ölkənin pul vahidi olan riyal üzərindən reallaşan əhəmiyyətli tətbiqlər də məhdud ediləcək.

İrana ikinci sanksiya paketi noyabrın 4-də tətbiq ediləcək.

Bu tarixdən etibarən İran Milli Neft Şirkətinə (NIOC) beynəlxalq miqyasda məhdudiyyətlər tətbiq edildikdə, İrandan neft, neft-kimya və neft məhsulları satın alınmasına sanksiyalar tətbiq olunacaq.

Ölkənin gəmiçilik sektoru İran Mərkəzi Bankının xarici maliyyə təşkilatlarla fəaliyyətləri və 16 yanvar 2016-cı il tarixində sanksiya siyahısından çıxarılan İranla əlaqəsi olan şəxslərə də yenidən sanksiyalar tətbiq ediləcək.

Maliyyə Nazirliyi açıqlamasında 5 noyabrdan etibarən amerikalı şəxs və ya təşkilatlar tərəfindən işlədilən və ya nəzarət edilən və İran hökumətiylə əlaqəsi və ya fəaliyyəti olan idarələrin də səlahiyyətinin ləğv ediləcəyini bildirdi.

Açıqlamada həmin Amerikalı şəxs və təşkilatların ən gec 4-nə qədər İrandakı fəaliyyətlərini sona çatdırmaq üçün lazımlı addımları atması lazım olduğu ifadə edildi.

“Boeing” “İran Air” ilə 80 təyyarə müqabilində 16,6 milyard dollarlıq, “İran Aseman” ilə də 30 təyyarə müqabilində 3 milyard dollarlıq müqaviləsi imzaladıqda, “Airbus” isə “İran Air”ə 100 təyyarə müqabilində 19 milyard dollarlıq satış üçün saziş imzalamışdı.

Fransanın enerji nəhəngi “Total” ilə Çinin milli neft şirkəti “CNPC”nin İran hökuməti “Güney Pars” sahəsi üçün imzaladığı 5 milyard dollar dəyərindəki 20 il müddətinə imzaladığı təbii qaz razılaşması da təhlükə ilə üzləşdikdə, Trumpın qərarına görə dünəndən etibarən enerji şirkətlərinin Tehran hökuməti və ya firmalarıyla yeni enerji razılaşması imzalaması da qadağan edilir.



Әlaqәli Xәbәrlәr