ABŞ Dövlət katibi Maykl Pompeo Şimali Koreyada səfərdədir

ABŞ-ın dövlət katibi Mayk Pompeo Şimali Koreyada həbsxanada olan üç amerikalının sərbəst buraxılması üçün təşəbbüs qaldırdıqlarını söylədi.

967009
ABŞ Dövlət katibi Maykl Pompeo Şimali Koreyada səfərdədir

ABŞ-ın dövlət katibi Mayk Pompeo Şimali Koreyada həbsxanada olan üç amerikalının sərbəst buraxılması üçün təşəbbüs qaldırdıqlarını söylədi.

Pompeo bunu Şimali Koreyaya səfəri zamanı təyarədə jurnalistlərin suallarına cavab verərkən bildirdi.

Pompeo Şimali Koreyada kimlərlə görüş keçirəcəyinə dair dəqiq cavab verməkdən imtina edərək, yüksək səviyyəli rəsmilərlə bir araya gələcəyini vurğuladı.

 Dövlet katibi səfəri zamanı Pxenyanda Amerika və Şimali Koreya prezidentləri Donald Tramp və Kim Çen In arasında keçirilməsi nəzərdə tutulan görüşün detallarını müzakirə edəcək.

Amerika və Şimali Koreya prezidentlərinin hələ də tarixi və yeri dəqiqləşdirilməmiş olmaqla yanaşı yaxın zamanda görüş keçirəcəyi gözlənilir.



Әlaqәli Xәbәrlәr