ABŞ İran ilə imzalanan nüvə proqramı sazişindən çıxır

Trampın həmin mövzuyla əlaqəli qərarını Fransa prezidentləri Emmanuel Makron ilə telefon danışığında söylədiyi irəli sürüldü.

966674
ABŞ İran ilə imzalanan nüvə proqramı sazişindən çıxır

ABŞ Prezidenti D.Trampın bugün Türkiyə vaxtı ilə saat 21-də İran ilə nüvə proqramına dair müqavilə barəsində açıqlama verəcəyi gözlənilirdi.

Trampın həmin mövzuyla əlaqəli qərarını Fransa prezidentləri Emmanuel Makron ilə telefon danışığında söylədiyi irəli sürüldü.

Amerika KİV-nin  iddiasına görə, Tramp Makrona ölkəsinin İran ilə imzalanan nüvə proqramına dair sazişdən çıxacağını söyləyib. 

"Reuters"un bir mənbəyə əsaslandırdığı xəbərə görə, ABŞ müqavilənin yumşaldılması nəzərdə tutulan bütün sanksiyalara yenilərini əlavə etməyə hazırlaşır. 

Qeyd edək ki, 2015-ci il iyun ayında P5+1 ölkələri (Çin, Almaniya, Fransa, Rusiya, İngiltərə və ABŞ) iran ilə nüvə proqramına dair müqavilə imzalayıb.



Әlaqәli Xәbәrlәr