Son iki ayda 8 minə yaxın fələstinli yaralanıb

Məlumatı Fələstin Səhiyyə Nazirliyinin sözçüsü Əşrəf Kudra verib.

964679
Son iki ayda 8 minə yaxın fələstinli yaralanıb

  Qəzza zolağının mərkəzində baş verən partlayışda 5 fələstinli həyatını itirib.

  Qəzza Səhiyyə Nazirliyi sözçüsü Əşrəf Kudra verdiyi yazılı açıqlamada bildirib: “Qəzza zolağının mərkəzində baş verən partlayışda 3 nəfər yaralanıb. Onlar Deyr el-Belah şəhərində yerləşən Qasim əl-Axsa xəstəxanasına göndərilib.”

  Səhiyyə Nazirliyi partlayışın səbəbinə dair məlumat verməyib.

  Şahidlərin sözlərinə görə, Deyr el-Belah və əz-Zevadiye arasındakı bu bölgədə şiddətli partlayış baş verib.

  İsrail Baş Ordu Gərargahı "İsrail ordusunun bu hadisədə heç bir rolu yoxdur" açıqlamasını verib.

  Qeyd edək ki, İsrail əsgərlərinin mühasirədə saxladığı Qəzza zolağında bu ilin 30 martından bu yana nümayişləri davam etdirən fələstinlilərə güc tətbiqi nəticəsində yaralananların sayı 8 (7945) minə yaxınlaşıb. Bu məlumatı Fələstin Səhiyyə Nazirliyinin sözçüsü Əşrəf Kudra verib.



Әlaqәli Xәbәrlәr