Keçmiş Müdafiə nazirinin qohumu PKK üzvü olmaqda ittiham edilib

İngiltərənin keçmiş Müdafiə nazirlərindən John Profumonun, terror təşkilatı PKK / YPG-yə qoşulan yaxın bir qohumu, Suriyadan İngiltərəyə qayıdarkən saxlanıb.

962996
Keçmiş Müdafiə nazirinin qohumu PKK üzvü olmaqda ittiham edilib

İngilis mətbuatında əks edən xəbərlərə görə İngiltərədə 1960-cı illərdə Müdafiə naziri  olan Profumonun bacısının nəvəsi Jamie Janson (42), YPG terror təşkilatına qoşulmaq üzrə getdiyi Suriyadan ölkəyə qayıdarkən nəzarətə alınıb. Məlumata görə Jamie Janson, Türkiyənin Zeytun Budağı əməliyyatı əsnasında Suriyanın Afrin bölgəsində PKK / YPG sıralarında yer alaraq Türk Silahlı qüvvələrinə qarşı döyüşüb.

Dünən İngiltərədə, polis tərəfindən terrora qarşı mübarisə çərçivəsində saxlanan Jamie Janson, məhkəməyə çıxarıldıqdan sonra pul zəmanəti qarşılığında sərbəst buraxılıb.



Әlaqәli Xәbәrlәr