Fransada 16 yaşlı hər kəsin 1 ay məcburi hərbi xidmət keçməsi planlaşdırılır

E.Makron tərəfindən yaradılan işçi qrupu məcburi hərbi xidmətlə bağlı hazırladığı hesabatı təqdim edib...

960888
Fransada 16 yaşlı hər kəsin 1 ay məcburi hərbi xidmət keçməsi planlaşdırılır

 Fransa prezidenti Emmanuel Makron seçki kampaniyasında vəd etdiyi gənc qız və oğlanlara məcburi əsgərlik planını həyata keçirməyə hazırlaşır. 

  E.Makron tərəfindən yaradılan işçi qrupu məcburi hərbi xidmətlə bağlı hazırladığı hesabatı təqdim edib: 16 yaşından etibarən fransızların ən az 1 ay məcburi hərbi xidmət keçməsi planlaşdırılır. İstəyən gənclər bu səfərbərlik müddətini uzatdıra da bilər. Əsgərliyini uzatmaq istəyənlərə muzdlu iş imkanı da təklif olunacaq.

  Layihənin rəhbəri general Menauin (Menaouine) bildirib ki, “İlk 1 aylıq əsgərlik boyu gənclər idmanla məşğul olacaq, fövqəladə hallarda vətəndaşın üzərinə düşən vəzifələri öyrənəcək”.

  May ayında qəbul edilməsi gözlənilən bu hərbi modelin layihəsi üçün nəzərdə tutulan məbləğ 2,4 – 3,1 milyard avroluq büdcə tələb edir.

  Fransa Silahlı Qüvvələri isə onsuz da məhdudlaşdırmış büdcəsini bölüşmək məcburiyyətində qalmaqdan ehtiyatlanır.


Etiketlәr: #Fransa əsgərlik

Әlaqәli Xәbәrlәr