Emmanuel Makron ABŞ-da sәfәrdәdir

Fransa Prezidenti Emmanuel Makron (Emmanuel Macron) ABŞ-a sәfәr edib.

957263
Emmanuel Makron ABŞ-da sәfәrdәdir

 

Fransa Prezidenti Emmanuel Makron (Emmanuel Macron) ABŞ-a sәfәr edib.

Mәlumata görә, Makronu sәfәri çәrçivәsindә xanımı Bricit Makron (Brigitte Macron) müşayiәt edir.

Emmanuel Makron vә xanımını ABŞ Prezidenti Donald Tramp (Donald Trump) vә hәyat yoldaşı Melania Tramp (Melania Trump) qarşılayıb.

İki lider görüşdәn әvvәl  Ağ Evin bağçasında gәzib vә ağaç әkiblәr.

Tramp vә Makronun gündәmindә İranın nüvә proqramı  vә  Suriya mәsәlәlәri olub.

Emmanuel Makron ABŞ-a sәfәr etmәzdәn әvvәl Rusiya Prezidenti Vladimir Putinlә dә görüşüb. İki lider İranın nüvә proqramı ilә bağlı әldә olunan müqavilәyә sadiq qalma mәsәlәsindә hәmfikir olduqlarını bildiriblәr.

Qeyd edәk ki, Fransa prezidenti ABŞ-dan sonra Rusiyaya sәfәr edәcәk.



Әlaqәli Xәbәrlәr