Tramp Neft İxrac Edən Ölkələr Təşkilatını (OPEC) tənqid etdi

Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Tramp Neft İxrac Edən Ölkələr Təşkilatını (OPEC)  neft qiymətlərinin yüksəlməsinə təkan verən istehsal məhdudiyyətləri səbəbindən tənqid etdi.

956035

 Tramp Twitter hesabından yazdığı açıqlamasında: "OPEC yenə edəcəyini etdi. Dənizdəki tamamilə dolu gəmilər də daxil olmaqla, hər yer neftlə doludur. Neft qiymətləri süni olaraq çox yüksəkdir! Bu yaxşı deyil və qəbuledilməzdir!" deyə bildirdi.
 
 Arxa-arxaya iki həftədə yüksək olan neft qiymətləri Trampın ismarışından sonra düşməyə başladı.

 OPEC-in baş katibi Məhəmməd Barkindo da Trampın açıqlamasından sonra OPEC üzvü olan və olmayan ölkələrin razılaşaraq,  neft sektorunun qısa müddətdə məruz qalacağı bir çöküntüdən  xilas etdiklərini bildirdi.
 
 Qeyd edək ki, OPEC ilə Rusiyanın liderlik etdiyi OPEC üzvü olmayan ölkələrin gəldiyi razılığa görə, neft qiymətlərinin yüksəldilməsi üçün  2017-ci ilin yanvar ayından bu yana istehsal məhdudlaşdırılıb.
 
 OPEC üzvləri gələcəkdə atılacaq addımlarla bağılı  iyun ayında Avstriyanın paytaxtı Vyanada görüşəcəklər.
 
Әlaqәli Xәbәrlәr